"Tiens" insanlara sağlamlıq və rifah bəxş edir
Tibet təbabəti özünəməxsusluğu ilə dünyada məşhurdur. Bu ulu təbabətin əsas müayinə və müalicə obyekti qandır. Bəşər sivilizasiyasının sağlamlıq mədəniyyətinin inkişafı tarixində Tibet rahibləri xüsusi rol oynayıblar. Onların hələ beş min il əvvəl hazırladıqları möcüzəvi reseptlərdən yalnız Çin imperatoru və saray əyanları, sonradan isə Çin Kommunist Partiyasının siyasi elitası istifadə edib. Lakin 1992-ci ildə Çin hökumətinin qərarı ilə bu reseptlər ümumxalq sərvəti elan olunub, Çin Tibb Elmləri Akademiyasının və Şanxay Biomühəndis İnstitutunun tədqiqatları əsasında yeni nəsil sağlamlaşdırıcı məhsulların yaradılmasına başlanılıb.İndi Tibet təbabətinin ənənələrini yaşadan "Tiens" şirkəti planetimizin hər yerində tanınır. "Tiens" Çin dilində "səma şiri" və ya "uçan şir" deməkdir. Şirkətin baş ofisi Pekində Xendi biznes mərkəzində, əsas istehsalat kompleksi Tyantszin şəhərinin U-Tsins yeni texnologiyaların tətbiqi zonasında yerləşir. ABŞ-da, Avstraliyada, Kanadada, Malayziyada, Yaponiyada, Almaniyada, İspaniyada, Misirdə də istehsalat bazalarına malikdir, Rusiyada və Qazaxıstanda təzə istehsalat bazaları tikilir. Əsas fondu 1,5 milyard dolları, məhsul dövriyyəsi 12 milyard dolları ötüb. Öz universiteti, nəqliyyat müəssisəsi, mehmanxanaları var.
Şirkət pəhriz-profilaktik qidalar, dərmanlar, qidaya bioloji aktiv əlavələr, təmizləyici vasitələr, kosmetika məmulatı (jenşen və aloe ekstraktları), gündəlik tələbat malları və sair istehsalı üzrə ixtisaslaşıb. Eyni zamanda on törəmə müəssisəni birləşdirir, buraya avtomagistral-dəmir yolu tikintisi, bank-maliyyə işi, beynəlxalq turizm-mehmanxana təsərrüfatı, səhiyyə, təhsil müəssisələri, daşınmaz əmlak\ biznesi, ticarət, xidmət, yüngül və yeyinti sənayeləri daxildir.
"Tiens"in təməlini 1993-cü ildə indiki prezidenti Li Din Yuan Çin Tibb Elmləri Akademiyasının auksionunda səkkiz milyon dollara qidaya bioloji aktiv əlavə - biokalsium istehsalına patent almaqla qoyub. Amerikanın, İngiltərənin və Almaniyanın ən müasir biomühəndis texnologiyalarının tətbiq olunduğu zavodun tikintisinə üç milyon dollar sərmayə sərf edilib. Şirkət 1995-ci ildə şəbəkəli marketinq sistemi ilə işləməyə başlayıb. Üç il sonra beynəlxalq bazara çıxıb, 45-ə qədər ölkədə nümayəndəliyini açıb. 2003-cü ildə öz aksiyaları ilə Nyu-York Birja Fonduna daxil olub, tezliklə transmilli nəhəngə çevrilib. Hazırda bütün qitələrdə - 110 ölkədə nümayəndəliyi və filialı var, 20 ölkənin dünya miqyaslı müəssisələri ilə əməkdaşlıq edir, ticarət markası 170-ə qədər ölkədə qeydə alınıb. 190-dan çox ölkədə 12 milyona yaxın sabit alıcı şəbəkəsinə malikdir.
Sırf təbii vasitələrdən yüksək keyfiyyətli, ekoloji təmiz məhsullar istehsalına görə "Tiens" bir sıra keyfiyyət nişanlarına, 30-a qədər qızıl medala, 267 tərifnaməyə, 143 sertifikata layiq görülüb, həmçinin müsəlman ölkələrində istifadə üçün "Halal" sertifikatı alıb. BMT-nin Ekoloji Təhlükəsizlik Komitəsi və Beynəlxalq Ekoloji Təhlükəsizlik Akademiyası 2001-ci ildə şirkətə "Ən yaxşı beynəlxalq ekoloji təhlükəsiz müəssisə" adını verib. "Tiens" Rusiya Elmi-Tədqiqat Aviasiya və Kosmonavtika İnstitutunun "Kosmonovtlar üçün ən yaxşı sağlamlaşdırıcı məhsullar" diplomu ilə mükafatlandırılıb, original sağlamlaşdırıcı məhsullar icad etdiyinə görə Asiya və Amerika sahibkarlarının və ixtiraçılarının mükafatı ilə təltif olunub.
Şirkət geniş xeyriyyəçilik fəaliyyəti ilə də məşğuldur, bu vaxtadək sosial fonda bir milyard yuandan ziyadə kapital keçirib. O, BMT-nin rəsmi tədarükçüsüdür, bu mötəbər təşkilatın İnvestisiyalar Proqramının direktoru Feşt deyib: "Tiens" şirkətinin strukturu və ruhu BMT-nin strukturunu və ruhunu xatırladır: İnsanlara eyni qayğı, insanları sağlam etmək üçün eyni həvəs".
"Tiens" Azərbaycanda 2002-ci ilin oktyabrından fəaliyyət göstərir. Şirkətin Bakı ofisinin rəhbəri səkkizulduzlu distribütor, ilk azərbaycanlı bürünc şir mükafatçısı Ziya Manafovdur. O, ali təhsilli mühasib və mühəndis-texnoloqdur. Lakin Sovet İttifaqı dağıldıqdan sonra ixtisasları üzrə iş tapa bilməyib, ailəsini restoranda ofisiantlıq etməklə və video çəkilişləri aparmaqla dolandırmağa məcbur olub. Nəhayət, "Tiens" şirkəti haqqında oxuyub bildikləri gənc mütəxəssisin həyat yolunu dəyişib:
- "Tiens"lə tanışlıq üçün Pekinə getdim. Şirkətdəki atmosfer və aura çox xoşuma gəldi, onunla əməkdaşlıq etmək istədiyimi bildirdim. Yoxlamadan keçdikdən sonra altı ay müddətində təlimləndim. Şirkətin marketinq-planını, bu işdə uğur qazanmış müxtəlif yaşlı və ixtisaslı adamların təcrübəsini öyrəndim. İndi onun Azərbaycanda işini mən aparıram. Adamların maliyyə sabitliyinin təmin olunmasına, sağlamlaşdırıcı məhsullar vasitəsilə səhhətlərinin saxlanmasına köməyimə görə özümü xoşbəxt sayıram.
- "Tiens"i oxucularımıza necə təqdim edərdiniz?
- "Tiens" insanların sağlamlığına və özlərini daim gümrah hiss etməsinə çalışan və ənənəvi iş "vurnuxmasından" yaxa qurtarmaqda adamlara yardımçı olan peşəkar marketinq şirkətidir. Bütün səyini ona yönəldir ki, çoxəsrlik Çin sağlamlıq mədəniyyətindən hamı faydalansın və onunla əməkdaşlıq sayəsində hər bir kəs güzəranını, maddi rifahını, həyat tərzini yaxşılaşdıra bilsin. Şirkətdə işləyən kadrların 18 faizi doktor, 35 faizi magistr dərəcəsindədir. İdarə heyətinin beş min üzvündən 1500-ü xarici vətəndaşdır, elə bunun özü onun əhatə dairəsinin nə qədər geniş olduğunu göstərir.
- Şirkətin Azərbaycanda fəaliyyəti barədə nə deyə bilərsiniz?
- Tibet müalicəsi ölkə əhalisində böyük maraq doğurub. İnsanın sağlamlığının qorunması və bərpası üçün Çində lap qədimdən otlardan düzəldilmiş məlhəmlərdən istifadə olunub. Dövrümüzdə isə Tibet reseptləri güc-qüvvət və azadlıq rəmzi şirin adını daşıyan "Tiens" şirkətinin məhsullarında əksini tapıb. Bu məhsullar dərman yox, qidaya bioloji aktiv əlavələrdir. Şirkət 504 adda belə əlavə, o cümlədən altı adda biokalsium istehsal edir. Bioloji aktiv əlavələr insan orqanizminə üç istiqamətdə təsir göstərirlər: onun detoksidlərdən, sərbəst radikallardan, toksinlərdən, ağır metal duzlarından, radionukleidlərdən və digər qalıqlardan təmizlənməsinə kömək edir, hər bir üzvünü lazımi makro və mikro elementlər, vitaminlər və sair zəruri maddələr ilə qidalandırır, immuniteti yüksəltməklə özünü tənzimləməsini, bütün üzvlərinin funksiyalarını fəallaşdırır.